Azərbaycanın tanınmış evli aktyorunun subay aktrisa ilə nə işi var?
İlqar Musayev aktrisa Nigar Bahadırqızı ilə münasibətlərinə aydınlıq gətirib
21 Fevral 2013 13:40 MədəniyyətBəzi informasiya saytları Gənc Tamaşaçılar Teatrının subay aktrisası Nigar Bahadırqızı ilə evli aktyor İlqar Musayevin eşq macərası yaşaması ilə bağlı məlumatlar yayıb. Bu məsələni araşdırmaq üçün İlqar Musayevlə əlaqə saxladıq. Aktyor yazılanların hamısının şayiə olduğunu bildirib. Aktyorun sözlərinə görə, həmin yazı "Facebook"da şəxsi səhifəsində Nigarla birlikdə çəkdirdiyi fotolardan sonra yazılıb.
"Həmin yazılar sadəcə "Facebook" səhifəmdəki şəkillərdən sonra yazılıb. Şəkilləri biz Nigarla sadəcə dost kimi çəkdirmişik. Bizim aramızda heç nə olmayıb və ola da bilməz. Çünki biz dostuq. Bundan basqa, biz qonşuyuq. Ailəvi dostluğumuz var, valideyinlərimiz də dostdur. Ən asası da mənim ailəm var. Çox sevdiyim xanımım, 3 gözəl balam var. Bir qızım, iki oglumu həyatımdan çox sevirəm. İstəyirəm hamı bilsin ki, heç bir xanıma görə ailəmi dağıtmaram. Həmin yazını yazan şəxslər sadəcə bizim vasitəmizlə özlərini reklam edirlər", - deyə İlqar Musayev bildirdi.