Ən sevilən ifaçılarının adları məlum oldu

"Brit Awards" mükafatı təqdim edildi

İngiltərənin "BRİT" mahnı mükafatına layiq görülən ilin ən yaxşı qadın və kişi ifaçısının adı açıqlanıb. "Olaylar"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni Emeli Sande "Ən yaxşı qadın ifaçı" və "Ən yaxşı albom" mükafatına layiq görülüb. "Ən yaxşı kişi ifaçı" isə Ben Hovard olub. "Qremmi" mükafatlı, ingilis müğənni Adela isə  Ceyms Bondun "Skyfall" filmindəki ifasına görə "Ən yaxşı sinqıl ifaçısı" mükafatını alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31