Fuad Poladovun səhhətində problem yaranıb

Azərbaycanın xalq artisti, aktyor Fuad Poladovun səhhətində problem yaranıb.   Aktyor APA-ya açıqlamasında bildirib ki, artıq üç gündür paytaxtda fəaliyyət göstərən özəl xəstəxanaların birində müayinə və müalicə olunur: "Səhhətimdəki problemlər böyrəyimlə əlaqədardır. Böyrəyimdə daş var. Hazırda yoxlanış gedir ki, cərrahiyyə əməliyyatına ehtiyac var, ya yox".
F.Poladov xəstəxanada ambulator qaydada müalicə keçir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31