Arif Quliyev: “Verilişdəki mühitdən çox sıxıldım”
20 Fevral 2013 15:03 MədəniyyətZaur Baxşəliyevin aparıcılıq etdiyi "Ümid var" proqramına qonaq qismində qatılan Arif Quliyev canlı yayımda baş verən gərginliklər haqda "Olaylar"a danışıb. "Qatıldığım verilişdə müzakirə olunan mövzular mənə çox pis təsir etdiyindən verilişi tərk etmək istəyirdim. Oğul həsrəti çəkən ataya qarşı övladının bu cür rəftar etməsindən təsirləndim. Ata-oğul mövzusuna belə həssas yanaşmağımın səbəbi isə oğul acısı çəkməyimdir. Proqrama qatılmazdan öncə də beyin-damar sistemimdə problemlər vardı. Müzakirə olunan mövzu mənə pis təsir etdiyindən ürək döyüntülərinin artması, beyin damarlarının sıxılması nəticəsində huşumu itirdim. Sonradan həkimlərin və "Ümid var" heyətinin köməyi ilə yaxşılaşdım".
Xalq artisti halı pisləşdikdən sonra xərəkdə aparılmamasının səbəbini isə belə izah edib: "Məni xərəkdə aparmalarına razılıq vermədim.Efirdə bu cür görüntülənmək istəmirdim. Məni ən çox əsəbləşdirən isə kameraların uzun müddətli çəkilişi olub. Həkimlər mənə 10 saatdan artıq yatmağı qadağa ediblər. Bundan başqa, idman etmək, gündə beş dəfə yemək yemək də tövsiyə edilib". İki gün xəstəxanada qaldıqdan sonra evə buraxılan Arif Quliyev hazırda özünü yaxşı hiss etdiyini, ev şəraitində müalicə olunduğunu deyib.