Azərbaycanlı meyxanaçının narkotik videosu yayıldı VIDEO

Məşhur meyxanaçı və "De gəlsin" müsabiqəsinin qalibi Aydın Xırdalanlının hamını təəccübləndirəcək videosu yayılıb. "Qafqazinfo"nun məlumatına görə, video "YouTube"da bir neçə gün əvvəl yerləşdirilsə də, sosial şəbəkələr də bu gün paylaşılıb və təəssüflə qarşılanıb. Artıq həmin kadrlarla bağlı Aydın Xırdalanlı publika.Az-a açıqlama da verib: "Həmin video keçən il Zığda yerləşən Narkoloji dispanserdə müalicə olunarkən çəkilib. Bir vəhhabi lentə alıb. Məqsədi də məni biabır etmək olub. Burda eyib iş də yoxdur, kişinin başına iş gələr. Mən kişiyəm və adımın bu cür məsələlərdə hallanmasından utanmıram. Onu da gizlətmirəm, bəli, vaxtilə narkotikdən istifadə etmişəm. Amma bir il olar ki, tərgitmişəm".

Həmin kadrları sizə təqdim edirik

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31