İbrahim Tatlısəs özündən çıxdı

Özbəkistanda təşkil olunan konsert zamanı çəkilən şəkillərindən birinin montaj olunduğunu deyən müğənni İbrahim Tatlısəs fotomontajı yayanları "geri zəkalı" adlandırdı."Olaylar"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni şəkli montaj edərək yayanlara belə mesaj göndərib: "Həmin şəklin orijinalı Google-da da var. Heç olmasa bunu düşünərdiniz. Hər kəsin dininə, dilinə böyük hörmətim var. Şəkildəki İraqın bayrağıdır. Hə, mənim bu gün həmin ölkə ilə ticarət əlaqələrim də var. Bu şəkil fotomontaj olmasaydı bunu da etiraf edərdim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31