Handa Yener: “Atam öləndən sonra uşaqlığım da bitdi”

Ötən ilin sonunda atası vəfat edən müğənni Hande Yener atasının ölümündən sonra həyata baxışının dəyişdiyini deyib."Olaylar"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni özünü artıq yaxşı hiss etdiyini deyib: "Atamın ölümündən 50 gün keçib. Özümə gəlməyə çalışıram. İlk bir ay da demək olar ki, mən yox idim. Atamın ölümündən çox təsirlənmişəm. Ən pis günümdə sənət yoldaşlarım da məni tək buraxmadılar". Hande daha sonra builki planları haqda danışaraq heç kəsin gerçəkləşdirmədiyi yeni layihə ilə tamaşaçıları sevindirəcəyini deyib. Atasının ölümü ilə əlaqədar konsertlərini təxirə salan müğənni artıq bu planlarını da reallaşdırmağa başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31