Röya əməliyyat olunacaq

Müğənni əməliyyatdan sonra bir ay ərzində hərəkət edə bilməyəcək

Müğənni Röya Ayxan xarici görünüşündə dəyişiklik etmək qərarına gəlib. Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, bu məqsədlə o, Türkiyədə mahnı yazılışını başa vurduqdan sonra plastik əməliyyata girəcək. Əməliyyatdan sonra bir ay ərzində hərəkət edə bilməyəcək.

"Həkim iddia edir ki, hər şey tez qurtaracaq, amma mən inanmıram. Bilirəm, o, mənə nağıl danışır", - Röya ATV telekanalının "10lar" proqramına bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31