Azərbaycanda canlı yayımda - hədsiz pozitiv, təbii sevgi qığılcımları və İstanbul səfəri...
19 Fevral 2013 17:59 MədəniyyətYaxşısı budur xəbər və fotolara biganə qalmayın. Milli.Az xəbər verir ki, tanınmış teleaparıcı Azər Süleymanlının təqdimatında yayımlanan "Azərkeş" gecə şousunun ötən bazara təsadüf edən canlı yayımında əsl bayram ab-havası yaşanıb. Şounun budəfəki qonaqları yazdığı hit mahnılarla dinləyicilərə yaxşı tanış olan Vüsalə Hikmət və onun sənət dünyasında dəstək olduğu - "Şarm", "Şanson", "M-Life", "AV klassik" musiqi qruplarının üzvləri olublar.
Enerjidən bol olan gənclər saat yarım ərzində maksimum pozitivlərini sərgiləyiblər. Maraqlı məqam Vüsalə Hikmətin yaradıcılığından söz düşərkən yaranıb. Məlum olub, bəstəkar xanımın yazmış olduğu "Sevgi mesajı" mahnısı Türkiyədə istehsal olunacaq seriallardan birinin sauntreki ola bilər.
Azərin üzə çıxardığı bu faktı Vüsalə, sözün həqiqi mənasında, müsbət qarşılayıb.
Həm bəstəkar, həm də teleaparıcı canlı yayımda söz veriblər ki, danışıqlarda iştirak etmək üçün mart ayında birlikdə İstanbula səfər etsinlər. Onlar arasında sanki sevgi qığılcımlarını xatırladan təbii münasibətin olması da diqqətdən qaçmayıb. Özəllərə toxunmasaq, yaxşıdır...
Qeyd edək ki, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarının sakinlərinin və qonşu Dağıstan Respublikasının əhalisinin seyr etdiyi "Azərkeş" gecə şousu artıq hər həftənin bazar günü, saat 22:00-da canlı, videoyazı ilə isə çərşənbə axşamları, 11:30-da yayımlanır.
Verilişi internetdən izləmək istəyənlər RTV-nin internet saytına daxil olaraq "Canlı izlə" bölümünü klikləyə bilərlər.
"Azərkeş" Regional Televiziyanın (RTV) ən baxımlı canlı şousudur. Bir vacib məlumatı da nəzərinizə çatdıraq ki, artıq iki aydır RTV-nin yayım tezliyi Azərbaycanın 75 faizini əhatə edir. Belə ki, verilişləri paytaxt sakinləri ilə yanaşı, Gəncə, Naxçıvan şəhərlərində yaşayan tamaşaçılar da izləmək imkanı qazanıblar.