Faiq Ağayevdən Röya, Aygün və Brilyanta dəstək
Xalq artisti: “Müğənnilərimizin Türkiyə şou-biznesinə üz tutmalarını yaxşı hal kimi qiymətləndirirəm”
19 Fevral 2013 16:38 MədəniyyətXalq artisti Aygün Kazımov, Röya Ayxan və Brilyant Dadaşovanın Türkiyə şou-biznesinə qatılmaları yerli ictimaiyyət tərəfindən birmənalı şəkildə qəbul edilmir. Məsələ orasındadır ki, cəmiyyətin bir hissəsi müğənnilərin qonşu Türkiyəyə üz tutması dəstəkləyir, müəyyən hissəsi isə bunu səhv addım kimi qiymətləndirir. İnsanların böyük əksəriyyəti isə müğənnilərin Azərbaycanda olduğu kimi Türkiyədə məhşur olmayacaqları qənaətindədirlər. Məsələyə münasibət bilriən xalq artisti Faiq Ağayevin sözlərinə görə müğənnilərin Türkiyə şou-biznesinə qatılmalarının mənfi tərəfi yoxdur. Xalq artisti hesab edir ki, bu hal Azərbaycanı dünyada tanıtmaq baxımından yaxşı tendensiyadır: "Onların Azərbaycandakı kimi Türkiyədə də populyar olacağını proqnozlaşdıra bilmərəm, amma müğənnilərimizin Türkiyə şou-biznesinə üz tutmalarını yaxşı hal kimi qiymətləndirirəm" (OLAYLAR İA)