Əbülfəs Qarayev Türkmənistan səfiri ilə görüşüb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekovla görüşüb. Nazirliyin məlumatına görə, görüş zamanı iki ölkə arasındakı dost münasibətlərin və əməkdaşlığın ikitərəfli əsasda bütün sahələrdə genişlənməsi müsbət qiymətləndirilib.
Əbülfəs Qarayev 21 mart 2013-cü il tarixdə Türkmənistanın Axal vilayətində keçiriləcək Beynəlxalq Novruz bayramına həsr olunan tədbirlərə və "Novruz-sülh və xeyir bayramı" adlı elmi konfransa dəvəti yüksək qiymətləndirib və Azərbaycanın tədbirlərdə 30 nəfərə qədər nümayəndə heyəti ilə iştirak edəcəyini bildirib.
Bundan əlavə, 2013-cu ilin payızında iki ölkə arasında mədəniyyət sahəsində sıx əməkdaşlığın növbəti nümünəsi olacaq Azərbaycan-Türkmənistan birgə xalça sərgisinin təşkil olunması barədə önəmli məsələlər müzakirə edilib. ("OLAYLAR"İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31