"Eurovizion-2013"ün Rusiya təmsilçisi məlum oldu

Bu Kazan sakini Dina Qaripovadır

Bu il İsveçdə keçiriləcək "Eurovizion-2013" mahnı müsabiqəsinin Rusiya təmsilçisinin adı məlum olub. Şimal qonşumuzu bu mötəbər musiqi yarışında "Səs" televiziya şousunun qalibi olan Kazan sakini Dina Qaripova təmsil edəcək.
Dina Qaripova "ölkənin ən yaxşı səsi" adı uğrunda müsabiqənin finalında bütün Rusiyadan və MDB ölkələrindən olan 48 ifaçını geridə qoyub. Rusiyanın Birinci kanalının 1 milyondan çox tamaşaçısı Dina Qaripovaya səs verib.

Rusiyalı müğənni "Eurovizion-2013"də öz ölkəsini ingilisdilli "What if" mahnısı ilə təmsil edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31