Cavan Zeynallı: “Əli Mirəliyev də haqlıdı” - AÇIQLAMA

"Gənc ifaçılar arasında istedadlı olanlar çoxdu. Məncə onları sərt formada tənqid edib,həvəsdən salmaq lazım deyil. Düzdür, bu gün bir çox müğənnilər, həmçinin Əli Mirəliyev də gəncləri tənqid edir. Əli Mirəliyev də haqlıdı. Müntəzəm olaraq mən də iradlarımı bildirirəm. Onlar hələ gəncdi. Biz də bu yollardan keçmişik. Səhnədə yenicə addımlarını atan gənc həmkarlarımıza dəstək olmağa çalışmalıyıq". Bu sözləri "Olaylar"a açıqlamasında bəstəkar-cazmen Cavan Zeynallı deyib.Müğənni daha sonra yenilikləri haqda da məlumat verib: "Hazırda azərbaycan dilində yazılan Eldar Mansurov və Nazim Əhmədova aid iki yeni mahnının səs yazmasındayam. Bundan başqa ingilis dilində və caz stilində yazılan daha iki ifa üzərində də işləyirəm". Cavan Zeynallı yeni albom buraxmamasının səbəbini isə belə izah edib: "Üç albom hazırlaya bilərəm. Materiallarım çoxdu. Artıq internet vasitəsi ilə hər kəs istədiyi mahnını yükləyə bildiyindən alboma maraq qalmayıb. Hələ ki, yeni albom haqda düşünmürəm. Bu haqda düşünməli olsam caz stilində, azərbaycan və rus dilində yazılan üç yeni albomla pərəstişkarlarımı sevindirəcəyəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31