Hamilə Paris Hilton ərə gedir -
19 Fevral 2013 12:02 MədəniyyətMəşhur qlamur ulduz, amerikalı Paris Hilton ərə getmək niyyətindədir. 32 yaşlı Hilton 21 yaşlı ispan maneken River Viperi ilə ailə qurmaq niyyətindədir.
Milli.Az TMZ-ə istinadən bildirir ki, Hilton otellər imperiyasının varisi olan Peris sevgilisinə nikah təklifi edib, Viperi də razılaşıb.
Hiltonun ailə qurmaq fikrinə düşməsi səbəbləri arasında onun artıq 32 yaşa qədəm qoyması, habelə hamiləliyidir.Fəqət nə Paris Hilton, nə də onun sevgilisi qlamur ulduzun hamiləliyi ilə bağlı açqılama verməyiblər.Bazar günü isə Paris Hilton 32 yaşa qədəm qoyub. Harrah's Casino Lake Tahoe-dakı Peek Nightclub-da təşkil edilmiş ad günü ziyafətində Paris səhnəyə çıxıb rəqs etməyə və oxumağa başlayanda yıxılıb. Ertəsi gün isə Viperi ilə dağ-xizəkçilik kurortuna yollanan Paris yeni problemlə qarşılaşıb. Viperi xizəklə sürüşərkən yıxılıb və ayağını sındırıb."Riverin yarasını görəndə qorxudan az qaldı huşumu itirəm. Həyatım boyu belə yara görməmişdim. River ağrılara dözdü. O, çox cəsurdur", - Peris Twitter-də yazıb.