Küveytdə Azərbaycan mədəniyyət günlərinə start verilib
18 Fevral 2013 17:46 MədəniyyətFevral ayının 18-dən 23-dək Küveytdə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, tədbirlərdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək. Mədəniyyət Günləri çərçivəsində Azərbaycan bəstəkarlarının əsərlərindən, milli muğamlarımızdan ibarət konsert proqramları və digər təbirlər təşkil olunacaq. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31