Məşhur müğənni intihar etdi
McCready özünü silahla vurub
18 Fevral 2013 17:39 MədəniyyətABŞ-ın məşhur müğənnilərindən biri intihar edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Mindy McCready bazar günü Arkanzasdakı evində silahla vurulmuş olaraq aşkar edilib. Polisin araşdırması nəticəsində 37 yaşlı musiqiçinin ğözünü vurduğu müəyyən edilib. McCreadynin ruhi pozğunluğu olduğu açıqlanıb. Müğənninin iki uşağı qalıb. Onun 10 aylıq körpəsinin atasının David Vilsonunda ötən ay intihar etdiyi bəlli olub. Yaşadığı ruhi problemlərlə bağlı tez-tez ABŞ mətbuatının hədəfinə çevrilən müğənni içi və narkotik asıllığından da əziyyət çəkib.
Qeyd edək ki, McCready 1996-cə ildə "10,000 Angels" adlı albomu ilə çəşhurlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31