İbrahim Tatlısəs: “Mən həm türk, həm də kürdəm”

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs kürdlərlə türkləri sülhə səsləyib.
"Olaylar"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Tvitter" sosial şəbəkəsi vasitəsi ilə hər iki milləti barışığa səsləyən Tatlısəs özünü həm türk, həm də kürd adlandırıb.
Sosial şəbəkədə paylaşdığı statusla "bu ölkənin vətəndaşı kimi sülh tələb etmək haqqımız yoxdurmu?" deyən imperator bununla da barışıq mesajlarına sərt münasibət bildirənləri tənqid edib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31