Nüşabə Ələsgərli elmi işdən 5 aldı

Müğənni Nüşabə Ələsgərli elmi dərəcə almaq üçün elmi iş götürüb. Məlumata görə, müğənninin elmi işi Şəfiqə Axundovanın yaradıcılığı ilə bağlıdır.
AMEA-nın İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutunda əvvəlcə kompüter biliklərindən imtahan verən N.Ələsgərlinin birinci imtahandan əla qiymət aldığı qeyd olunur.
Məlumatda vurğulanır ki, yeni qaydalara əsasən, elmi dərəcə almaq məqsədilə elmi iş götürən və müdafiəyə buraxılan şəxs ilkin olaraq İKT-dən imtahan verir və vəsiqə aldıqdan sonra elmi müdafiəyə buraxılır.
Məlumatı dəqiqləşdirmək üçün müğnni ilə əlaqə saxladıq. Ələsgərli elmi iş götürdüyünü bildirdi:
"Doğrudur ki, mən Şəfiqə Axundovanın yaradıcılığı ilə bağlı elmi iş götürmüşəm. Kompüter biliklərindən imtahan verib beş almışam. Hazırda elmi iş üzərində işləyirəm"./veteninfo.az/

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31