Lady Gaga səhnəni tərk edir

Məşhur Amerika müğənnisi Lady Gagadan xəbər var. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, müğənni dünən verdiyi gözlənilməz qərarla hamını şoka salıb. O, sosial şəbəkələrdən birində ağır xəstə olduğunu və bununla əlaqədar səhnəni müvəqqəti tərk etdiyini qeyd edib. Müğənninin yazdığına görə, həkimlər ona sinovit, yəni oynaqların iltihabı diaqnozu qoyublar.
Tanınmış sənətçi bildirib ki, ağrılarını bir müddət birgə çalışdığı kolektivdən gizlədib: "Düşünürdüm ki, keçib gedər. Amma vəziyyətim getdikcə daha da ağırlaşır. İndi heç gəzə bilmirəm", - deyə Lady Gaga öz səhifəsində yazıb.
Qeyd edək ki, səhhəti ilə əlaqədar Lady Gaganın Çikaqo, Detroyte və Hamilton konsertləri rəsmi qaydada təxirə salınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31