Əli Şamilin “Krım sevgisi”

AMEA  Folklor İnstitutunun  əməkdaşı Əli Şamilin "Qırım sevgisi" kitabı Krımda tatar dilində nəşr edilib. AMEA informasiya xidmətinin məlumatına görə kitaba müəllifin Azərbaycanda, Türkiyədə, Ukraynada  nəşr edilən elmi, publisistik məqalələri, elmi konfranslardakı çıxışları daxil edilib. Tarixən Krım türklərinin başına gələn fəlakətlərdən, xalqın gələcəyə ümidini itirməyərək ayaqda durmasından söz açan bu yazılar Azərbaycan-Krım əlaqələrini öyrənmək baxımından əhəmiyyətlidir.

Kitabda 26 dekabr 1917-ci il tarixdə yaradılan Krım Milli Hökumətinin rəhbəri Noman Çələbi Cihanın mübarizələrdə keçən ömründən, AXC Baş Naziri Nəsib bəy Yusifbəylinin Krımla bağlılığından, krımlı ziyalılardan - professor Bəkir Çobanzadənin, zamanəsində "mədəniyyət mələyi" adlandırılan Həsən Səbri Ayvazovun, Azərbaycan Bəstəkarlar İttifaqının ilk sədri Asan Rıfatovun,  Krım tatarlarının faciəsini dilə gətirən azərbaycanlı şair Əli Səngərlinin yaradıcılığından söz açan yeni və müzakirəyə səbəb ola biləcək faktlar yer alıb. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31