“Yol hərəkəti qaydalarına əməl etmirəm”- Xalq artisti

"... bir də gördüm, bütün avtomobillər üstümə gəlir. Dərhal əyləci basdım". Bunu Lent.az-a açıqlamasında xalq artisti Flora Kərimova başına gəlmiş hadisədən və avtomobili necə idarə etməsindən söz açarkən deyib:
" Yol hərəkəti qaydalarına o qədər də əməl etmirəm. Tez-tez qanun pozuntularına yol verirəm. Sizə bir hadisə danışım. Bir gün bir məclisə gedirdim. Əks istiqamətə sürdüyümdən də xəbərim yox... Bir də gördüm, ətrafda olan insanlar "Səhv sürürsüz. Saxlayın" deyə qışqırırlar. Elə həmin an gördüm ki, avtomobillər üstümə gəlirlər, tez saxladım. İllərdir maşın sürürəm, ancaq hələ də yol hərəkəti qaydalarını tez-tez pozuram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31