Cizgi filimləri bayramında nələr olacaq?
14 Fevral 2013 18:40 MədəniyyətMədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Bakı Şəhər Baş Təhsil İdarəsi və "Azanfilm" cizgi filmləri studiyasının cari ilin fevralın 11-15-də keçirdikləri Cizgi Filmləri Həftəsinin yekun tədbiri olaraq, 15 fevralda Nizami Kino Mərkəzində cizgi filmləri bayramı təşkil ediləcək. Nazirliyin məlumatına görə, uşaq evləri və internat məktəblərinin şagirdləri üçün keçiriləcək tədbirdə uşaq özfəaliyyət kollektivləri və peşəkar aktyorlar, klounlar çıxış edəcək, balaca kinosevərlərə son illərdə Azərbaycanda çəkilmiş "Səmada şəkil", "Siçan və pişik", "İt sərgisi" "Balaca ev" və başqa yeni cizgi filmləri nümayiş etdiriləcək. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31