“SABAH”-a uğurlar!
14 Fevral 2013 17:03 MədəniyyətFevralın 15-də Azərbaycan Televiziyasının (AzTV) nəzdində yaradılmış "Sabah" Yaradıcılıq Birliyinin 20 yaşı tamam olur. Bu vaxt ərzində birlikdə yaradılan və həmişə tamaşaçı tərəfindən sevə-sevə baxılan 45-ə qədər ekran əsəri, o cümlədən "Ac həriflər", "6 nömrəli palata", "Bala-başa bəla!", "Dəvətnamə", "Kamança", "Məhbus", "Ömürdən uzun gecə", "Yarımştat", "Cəza", "Yaşıl eynəkli adam", "Fatehlərin divanı", "Nigarançılıq", "Nekroloq" kimi sənət əsərləri, audiovizual mədəniyyətimizin ən parlaq nümunələrindən olaraq, yeni ekran estetikasının formalaşmasında böyük rol oynamışdır. Birliyin rəhbəri - Azərbaycanın Xalq artisti, tanınmış teatr, kino və televiziya rejissoru Ramiz Həsənoğlunun "Sabah"ın yaradılmasında və fəaliyyətində, neçə-neçə gənc sənətçinin sənət sınağından uğurla keçməsində əvəzsiz rolu və böyük əməyi olmuşdur. Birliyin yaradıcı kollektivi olan sənətçi dostlarımızı, AzTV-nin rəhbərliyini və bütün kollektivini yubiley münasibəti ilə təbrik edir və onlara tamaşaçıları sevindirəcək neçə-neçə yeni əsərlərin yaradılmasında uğurlar arzulayırıq.