Azərbaycanın xalq artisti: "Bütün xəstəliklərim bir-birinə qarışıb"

Xalq artisti Nuriyyə Əhmədovanın səhhətində problemlər yaranıb. Aktrisa səhhəti haqda Milli.Az-a danışıb.
"Hazırda Mərdəkanda bacımgildəyəm, 17-si bacımın yoldaşının ilidir, ona görə də başımız çox qarışıqdır. Bədənim dərman götürmür, zob, şəkər və təzyiq xəstəlikləri bir-birinə qarışıb. Bütün bunlarla əlaqədardır ki, səsim dəyişilib və gözlərim də şişib. Mənə zəng edib danışanlar səsimi tanımadıqlarını bildirirlər. Bu xəstəliklər məni dincəlməyə qoymur. Ona görə də bir tədbir olanda çıxıb gedirəm ki, fikrim dağılsın.
Sabah da Milli Film Fondunda aktyor Hüseynağa Sadıqovun yubiley gecəsi keçiriləcək, Cəmil Quliyev məni də dəvət edib. Yaxşı olsam da, olmasam da, gedəcəyəm. Çünki evdə olmaq məni daha çox üzür. Bir neçə ay bundan öncə bacım qızı məni xəstəliyimlə əlaqədar olaraq İsrailə aparmışdı. Amma orada da müalicəyə qala bilmədim, çünki bədənimə bir iynə vurulanda o dəqiqə allergiya baş verir. Bütün bu xəstəliklərim əsəblə əlaqədardır. Həkimə getməyə də çəkinirəm, çünki elə iynə, elə dərman tövsiyə edirlər ki, bir yerimə xeyir olanda nəsə bir ziyanı da olur. Elə bu axır vaxtlar dünyasını dəyişən sənətkarlar iynə-dərmanın badına getdilər", - deyə xalq artisti bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31