Yanvarda lisenziya alan mehmanxanalar

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2013-ci ilin yanvar ayı ərzində bir sıra mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib. Nazirliyin məlumatına görə  "Kroun LTD" MMC  "The Crown Hotel" mehmanxanası, ""XanNad" Elmi-İstehsalat Şirkətinin  Lerik rayonu, Lənkəran-Lerik avtomobil yolunun 27-ci kilometri ərazisində yerləşən "Meşəbəyi" istirahət mərkəzinə,
fiziki şəxs Əliyev Nəsir Əbdül oğluna  Lənkəran şəhəri, Müzəffər Nəsirli küçəsi, 3 ünvanında yerləşən "Qızıl Tac" mehmanxanası üçün,  "Horizon Turizm Agentliyi" MMC "Miraj İnn" mehmanxanası,  "Horizon Turizm Agentliyi" MMC "Horizon" mehmanxanası, "Horizon Turizm Agentliyi" MMC-yə  "Böyük Qala" mehmanxanası, "Horizon Turizm Agentliyi" MMC-yə məxsus Kiçik Qala küçəsi, 98 ünvanında yerləşən "Kiçik Qala" mehmanxanası, "Amil-Şərifli" kiçik müəssisəsinə Bərdə şəhəri, Nizami və Koroğlu küçələrinin kəsişməsində yerləşən "Prins" mehmanxanası və fiziki şəxs Məmmədov Rəşad Aqibət oğluna  "Deluxe" mehmanxanası üçün lisenziya verilib. ("OLAYLAR"İA)

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31