“Kaş, Əkrəm Əylisli belə ölməyəydi”

"Azərbaycan cəmiyyətinin, vətəndaşlarının etirazlarına baxmayaraq, yazıçı Əkrəm Əylislinin hisslərinin əsirinə çevrilməsi acı təəssüf hissi yaradır".
"Qafqzinfo" xəbər verir ki, bunu mətbuata açıqlamasında Avrasiya Yazarlar və Azərbaycan Yazıçılar birliklərinin üzvü Xəzangül Hüseynova deyib: ""Daş yuxular" əsəri bütün Azərbaycan xalqına, Azərbaycan yazarlarına necə ağır zərbə vurduğunu bütün varlığımla duyuram. Çünkü o əzabı, ağrını, sarsıntını özümdə bütün ağırlığı ilə çiynimdə daşıyıram. "Daş yuxular" əsəri xəyanət adında dəhşətə çevrilib. Azərbycan xalqını qəlbən, ruhən yaraladı".

X. Hüseynova hesab edir ki, xalq Əkrəm Əylislinin böhtanından, şərindən şoka düşüb, lərzəyə gəldi və bu xəyanəti sinirə bilmədi: "İnsan Əkrəm Əylislinin yerinə yazar adı daşıdığına utandı. Kaş Əkrəm Əylisli belə ölməyəydi, "Daş yuxuları" yazmamışdan qabaq öləydi. Xalq onu xalqın sevimli yazarı kimi axirət dünyasına tapşıraydı. Çünki, azərbaycanlı adına yaraşmayan, öz millətinə, xalqına yağdırdığı böhtanlar heç vaxt xalqın yaddaşından silinməyəcək. Sənin qəlbində hansı şeytan yuva saldı ki, sən öz xalqına, özün-özünə xəyanətə çevrildin? Səni bütün yüksək təltiflərə layiq görən Azərbaycan dövlətinə dönük çıxdın? Dönüklər cəzasını almalıdı. Ona görə də qiymət vermədiyin təltiflər xalqın tələbi ilə səndən alındı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31