Sevda Yəhyayeva sosial yönümlü layihələr üzərində işləyir

Məni sevənləri çox yeniliklər gözləyir. Hazırda üç yeni mahnı üzərində işləyirəm. "Bakının işıqları" adlı klassik mahnını yeni aranjımanda tamaşaçılara təqdim edəcəyəm. Martda isə "Bakının işıqları"nın klip çəkilişləri başlayacaq". Bu sözləri Olaylara açıqlamasında müğənni Sevda Yəhyayeva deyib. Musiqisi Pərviz Mahmudova, sözləri Leyliyə aid yeni ifasının aranjıman olunduğunu deyən müğənni mahnının adının hələ ki dəqiqləşmədiyini söyləyib.

Sevda Yəhyayeva daha sonra üzərində işlədiyini sosial yönümlü iki yeni layihə haqda danışıb:

"Musiqisi Xanım İsmayılqızına, sözləri Cəlal Qurbanova aid uşaqlara həsr olunan yeni mahnını təqdim edəcəyəm. Sosial yönümlü başqa layihə üzərində də işləyirəm. Digər layihənin adı hələ ki sirr qalsın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31