Flora Kərimova xalq artistlərinin sirlərini açıb-tökdü

Xalq artisti Flora Kərimova Publika.Az-a həmkarlarının toy qiymətlərindən danışıb. Onun sözlərinə görə, müğənnilər  toy qiymətlərini bilə-bilə şişirdir. Sənətçi İsraildə şahidi olduğu bir "sövdələşmə"dən də danışaraq müğənniləri ifşa da edib. 
"Azərbaycanda 10 minə toya gedən müğənni yoxdur. Hamısı yalandan qiymət uydurur. 10 min deyirlər, axırda elə qiymətə düşürlər ki, adam şok olur. Elə Rusiya və İsrail toylarına da çox ucuz qiymətə gedirlər, amma burda yalandan, özlərini şişirtmək üçün fantastik məbləğ söyləyirlər. Mən İsraildə olarkən, Bakıdan bir müğənnini məclisə dəvət edirdilər. Telefon danışığı yanımda oldu. O müğənni əvvəlcə elə bir məbləğ dedi ki, şoka düşdük. Sonra o qiyməti elə öldürdülər ki, elə məbləğə endirdilər ki, o məbləği eşidəndə yenə də şoka düşdüm. Təsəvvür edin, müğənni çox ucuz qiymətə razılaşdı".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31