Azərbaycanlı müğənni yenidən səhnəyə qayıtdı VIDEO

Gənc müğənni sevgilisinə mahnı həsr elədi

Gənc bəstəkar-müğənni Ramal Əsədzadə bir müddət fasilədən sonra yenidən peşəkar fəaliyyətə başlayıb. Bir neçə mahnı müsabiqələrinin laureatı olan Ramal Əsədzadənin dediyinə görə, bir çox yeni layihələr təqdim etmək fikrindədir. Onlardan biri də Ramalın öz sevgilisinə həsr etdiyi "Vəfalı yarım" adlı mahnıdır. Müğənni tezliklə bu mahnıya klip çəkdirəcəyini də söylədi.

Bundan başqa, müğənni artıq böyük professional komanda ilə işə başladığını bildirdi. O, yeni komanda ilə möhtəşəm layihələrə imza atacağına da əmindir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31