Əbdül Xaliq builki planlarını açıqladı
14 Fevral 2013 10:55 MədəniyyətBu yaxınlarda musiqisi Bəbir Bəbirova, sözləri Günel Əsgərovaya aid "Can Yoldaşım" adlı yeni ifam işıq üzü görəcək. Mahnını digərlərindən fərqləndirən əsas cəhət xoşbəxt sonluqla bitməsidi. Bu yeni ifamı təqdim etdikdən sonra onun klip çəkilişlərinə də başlayacağıq".Bu sözləri Olaylara açıqlamasında müğənni Əbdül Xaliq deyib.Təqdim olunacaq mahnının rejissorunun kim olacağını dəqiqləşdirməyən Əbdül Xaliq albom haqda da danışıb: "Moskvada da işıq üzü görəcək yeni albomun adı hələ ki, sirr olaraq qalsın. Həmin albomda 14 fərqli ifa yer alacaq".Müğənni builki planları haqda açıqlama verərək meyxanaçı Sadıqla" Atam icazə vermir" adlı mahnını duet formasında təqdim edəcəyini də söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31