Tanınmış türkiyəli ulduz Seda Sayan Azərbaycanı seçir
O, nə zaman qonağımız olacaq?
14 Fevral 2013 19:04 MədəniyyətMilli.Az-a daxil olan məlumata görə, 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Türkiyənin tanınmış müğənni və teleaparıcısı Seda Sayan paytaxtımıza qonaq gələcək.
Dünyaca məşhur kosmetika brendlərinin birinin siması olan Seda məhsul tanıtımı məqsədi ilə səhnəyə də çıxacaq. Məkan otellərdən biri olsa da, təşkilatçılar, hələ ki, ad açıqlamırlar.
Qeyd edək ki, bu, Seda Sayanın Azərbaycana sayca üçüncü gəlişi olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31