Azərbaycanın xalq artisti kimlərlə tərəf müqabili olmaq istəyir?
14 Fevral 2013 10:19 MədəniyyətXalq artisti, Musiqili Komediya Teatrının aktrisası Fatma Mahmudova hazırkı fəaliyyətindən, arzuladığı tərəf müqabillərindən danışıb. "Hələ ki, teatrımız təmirdədir, ona görə də Dənizçilər Mədəniyyət evində məşkunlaşmışıq. Orada repertuarda olan tamaşalarda iştirak edirəm. Son dəfə teatrın səhnəsində gənc rejissor Ə.Hacıyevin "www.fərzəli.com" tamaşasında çıxış etmişəm. Bu tamaşada mən Bağdagül obrazını ifa etmişəm.
Teatrdakı fəaliyyətimlə bərabər hamının sevib-izlədiyi "Bacanaqlar" serialında Bəsti xala, Tahir İmanovun çəkdiyi "Bir kəndin sevinci" serialında isə Firəngiz xala obrazlarında çəkilirəm. "Bir kəndin sevinci" serialının çəkilişləri müəyyən səbəblər üzündən, hələ ki, dayanıb. Serialın çəkilişləri yay aylarında da davam edəcək. Mənim arzuladığım rol yoxdur, arzuladığım tərəf müqabillərim var, hansı ki, istərdim ki, onlarla həm teatrda, həm də film və seriallarda tərəf müqabili olum. Onların kim olması qoy, hələ ki, sirr qalsın", - deyə aktrisa Milli.Az-a bildirib.