Azərbaycanlı rəqqasə Didəmlə üz-üzə gəldi

Rəqqasələri Tolik tanış edib

Azərbaycanın ən tanınmış rəqqasələrindən olan Fatimə Fətəliyeva paytaxtımıza təşrif buyuran türkiyəli həmkarı Didəmlə görüşüb.
Fatimə  açıqlamasında Didəmlə tanışlıqlarının el məclislərin birində prodüser Tarix Əliyevin (Tolikin) vasitəsi ilə baş tutduğunu deyib: "Ötən gün məclislərin birində türkiyəli həmkarım Didemlə tanış oldum. İlk öncə mən rəqsimi nümayiş etdirdim. Daha sonra o rəqs etdi. Öz rəqsini ifa edib başa vurduqdan sonra, mənim barəmdə xoş sözlər söyləməyə başladı. Onunla adi həyatda ilk dəfə üz-üzə gəlsək də çox səmimi birinə bənzəyirdi. Ondan mənə müsbət enerji gəldi. Hətta "Mən çox çirkinəm, siz necə də gözəlsiniz" dedi. Barəmdə söylədiyi xoş sözlərə görə ona öz təşəkkürümü bildirdim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31