Məleykə Əsədova İlhamə Quliyevadan polisə şikayət etdi
Xalq artisləri arasında məsələ böyüyür
13 Fevral 2013 18:23 MədəniyyətAzərbaycanın 3 xalq artisti - İlhamə Quliyeva, Nazpəri Dostəliyeva və Məleykə Əsədova ətrafında yaşanan qalmaqal böyüyür. ANS PRESS-in day.az-a istinadən verdiyi məlumata görə, aktrisa M.Əsədova primadonnanın DİN-ə müraciətinə cavab olaraq adekvat ölçü götürüb:
"Allah görür ki, mənim bu qadınla işim olmayıb. Amma o, ictimai çıxışları və mənim ünvanıma sonsuz təhqirləri ilə məni bu addımı atmağa vadar etdi. Mən də şərəf və ləyaqətimin təhqir olunması şikayəti ilə hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Bununla mənim vəkilim məşğul olacaq. Çünki mən bu işlərlə məşğul olmaq istəmirəm. Məni işim və qızım maraqlandırır. Əgər onun mənə qarşı hansısa narazılığı var idisə, sadəcə mənə zəng vura bilərdi. Daha müxtəlif anlaşılmaz ittihamlarla efirə çıxmağa ehtiyac yox idi".