"Muhteşem Yüzyıl": hansı şahzadə öləcək?

Türkiyənin populyar "Muhteşem Yüzyıl" serialında baş rol olan Sultan Qanuni Süleyman obrazını canlandıran aktyor Halit Ergenc maraqlı açıqlama verib.Milli.Az Milliyet-ə istinadən bildirir ki, Ergenc deyib: "Beş seriya sonra şahzadə Mustafa bizdən ayrılacaq. Hər halda ən yaxşısını ssenariçilər bilir".Ergencin bu açıqlaması aranı qatıb. Çünki onun "bizdən ayrılacaq" dediyi obraz aktyor Mehmet Günsürün oynadığı şahzadə Mustafa yox, Gürbey İrelinin oynadığı şahzadə Mehmeddir.
Şahzadə Mehmed gerçək həyatda 1543-cü ildə, 29 yaşında olanda yoluxduğu su çiçəyindən ölmüşdü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31