Ledi Qaqa gəzə bilmir

Müğənni ciddi xəstəlikdən əziyyət çəkdiyini bəyan edib

Qəribə səhnə geyimləri və performansları ilə məşhur olan amerikalı müğənni Ledi Qaqa gəzə bilmir. ANS PRESS-in məlumatına görə, ifaçı "Twitter" səhifəsində oynaq xəstəliyindən əziyyət çəkdiyini və bu səbəbdən bir müddət çıxış edə bilməyəcəyini bəyan edib: "Sarsıntılarımı və ağrılarımı sağalmağım üçün dua edərək bir neçə ay öz kollektivimdən gizlətdim. Amma dünənki çıxışımdan sonra mən gəzə bilmirəm... Ümid edirəm ki, tezliklə xəstəliyin öhdəsindən gələcəm və pərəstişkarlarıma geri dönəcəm."

Həkimlər pop-divaya sinoviya və ya oynaqların iltihabı diaqnozu qoyublar. Səhhətində yaranan problem üzündən Ledi Qaqanın iki illik dünya turnesinin 4 konsertinin tarixi dəyişilib. Hal-hazırda Çikaqo (13,14 fevral), Detroyte (16 fevral) və Hamiltondakı (17 fevral) çıxışları rəsmi qaydada təxirə salınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31