Azəri qızı Günel ona paxıllıq edənlərə cavab verdi

Tanınmış müğənni Azəri qızı Günel onu tənqid edənlərə cavab verib. Milli.Az-ın Day.Az-a istinadən məlumatına görə, müğənni deyib ki, yerli müğənnilərin çoxu ona nifrət edir. "Mən özümü gözəl hesab etmirəm, lakin mənim güvəndiyim gözəl səsim var. Ona görə də başa düşmürəm ki, bu müğənnilər məndən nə istəyirlər. Türkiyədə də eyni vəziyyətdir. İbrahim Tatlısəs yalnız mənə öz repertuarından mahnılar oxumağa icazə verdikdən sonra bir çox müğənnilər paxıllıq edir", - o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31