Mayda Bakıda Mədəniyyətlərarası Dialoq Forumu keçirləcək
13 Fevral 2013 12:47 Mədəniyyət2013-cü ilin 29 may - 1 iyun tarixində Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə Azərbaycan Prezidentinin himayəsi ilə keçirilən bu Forum YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESKO, Avropa Şurasının birgə tərəfdaşlığı ilə təşkil edilən yeganə platformadır. Forumda 800-1000 nəfər xarici qonağın iştirakı nəzərdə tutulur və Forum çərçivəsində 10-dan çox tədbir və ilk dəfə mədəniyyət və turizm nazirlərinin iştirakı ilə Şərq-Qərb Nazirlər Konfransı keçiriləcək. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31