Ayan Ədalət Şükürovun ailəsini dağıtdı, VIDEO

Hadisələr müğənninin yeni klipində baş verir

Azərbaycanın tanınmış estrada ulduzu Ayan Babakişiyeva iki uşaq atası Ədalət Şükürovla sevgi yaşadı, aldandı və sonunda onun ailəsini dağıtdı. ANS PRESS-in məlumatına görə, bütün bu hadisələr müğənninin dünən təqdimat mərasimi düzənlədiyi "Mən olacağam" klipində vaqe olur.
Ceyhun Kərimovun rejissorluğu ilə ekran həyatı verilən klipin sujet xətti evli kişi tərəfindən aldanan məsum bir qızın nakam sevgisindən bəhs edir. Ekran işində baş rolu müğənninin özü və həmkarı Ədalət Şükürov, tərəf-müqabilləri kimi isə mahnının müəllifləri və peşəkar aktyor heyəti çəkiliblər.
Klip sözləri Xanım İsmayılqızının Baba Vəziroğlunun sözlərinə bəstələdiyi "Mən olacağam" mahnısına çəkilib. Təqdimat mərasiminin ən özəl məqamlarından biri də tanınmış incəsənət xadimləri, sayseçmə sənətkarlarla yanaşı, Azərbaycan xalq artisti Aygün Kazımovanın da iştirak etməsi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31