Beyonsun həyatının pərdəarxası məlum oldu
Müğənninin həyatı haqqında sənədli film çəkilib
13 Fevral 2013 12:15 MədəniyyətTanınmış müğənni Beyons haqqında çoxdan gözlənilən sənədli filmin premyerası baş tutub. "Life but a dream", yəni, "Yuxu kimi həyat" adlanan sənədli filmin premyerası Nyu-Yorkda keçirilib.
Beyonse straz daşlarla bəzədilmiş donu və təbəssümü ilə göz qamaşdırıb. Premyerada müğənnini yaxın rəfiqəsi, ABŞ-ın ən tanınmış və ən zəngin aparıcısı sayılan Opra Uinfri, həyat yoldaşı reper Cey-Zi və bacısı Solandj Noulz müşayiət edib.
Sənədli film Beyonsun pərdəarxası həyatından, mahnı məşqlərindən və keçirdiyi sıxıntılardan bəhs edir. Filmdə, demək olar ki, bütün səhnələri Beyonsenin özü səsləndirdiyi kadrarxası mətn müşayiət edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31