Ramal İsrafilov Bakını tərk etdi

Daha bir müğənnimiz Türkiyədə

Populyar müğənni Ramal İsrafilov Bakını tərk etdi. O, İstanbula yola düşdü. Buna səbəb müğənninin yeni yazdığı "Yağmur" mahnısıdır. Ramal yeni mahnını Türkiyədə aranjeman etdirərək tezliklə sevənlərinə təqdim edəcək.

Bundan başqa, bəstəkar-müğənninin yenicə bəstələdiyi mahnıları tezliklə Türkiyənin məşhur ifaçıları da oxuyacaq.

Xatırladaq ki, Ramal İsrafilovun mahnılarını Türkiyə ulduzu Alişan da repertuarına daxil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31