“Mən peşman deyiləm” – Günay Musayeva
13 Fevral 2013 11:29 MədəniyyətUzun müddətdir Türkiyədə yaşayıb fəaliiyət göstərən model Günay Musayeva Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, biznes ledi Ruhi Əliyevanın dəvəti ilə Azərbaycana gələn model "Özünə bax" layihəsinin çəkilişlərində iştirak edir. Həftə sonunadək Bakıda olacaq model proqramda münsif qismində yarışmaçıları qiymətləndirəcək.
Ana olandan sonra ilk dəfə Azərbaycana gələn Günay Musayeva açıqlamasında bildirib ki, Azərbaycanda da bu növ yarışmaların təşkil olunması sevidiricidir: "Onu deyə bilərəm ki "Özünə bax"ın studiyası və dekorasiyası Türkiyədə keçirilən bu tip yarışmadan daha yaxşıdır. İştirakçılara gəlincə seçimlərdə zövqlü xanımlar qatılib. Məni Bakiya Ruhi xanım dəvət etdi. Bu layihədə qonaq münsif qismində iştirak etməyimə heç də peşman deyiləm. Proqram boyu tamaşaçılar məni Türkiyənin tanınmış dizayneri Cigdem Akının geyimlərində görəcək".