Teymur Əmrah sənətinə son qoydu
12 Fevral 2013 17:45 MədəniyyətKlassik mahnıların mahir ifaçısı Teymur Əmrah tələbələrindən danışıb. O, onlardan narazı olduğunu deyib. SİA-ya açıqlama verən Teymur Əmrah tələbələrini el şənliklərində görmək istədiyini etiraf edib: "Mən tələbələrimi öyrədərək böyük səhnələrə çıxarmaq istədim. Ancaq görürəm ki, mənim tələbələrim şadlıq evlərinə can atırlar. Ona görə də müəllimliyə son qoydum. Amma istərdim ki, onlardan biri mənə oxşasın. Çünki mən hər zaman sənətimin vurğunu olmuşam. Onu da deyim ki, tələbələrimin harda olmasına baxmayaraq yəni, müğənni Zamiq Hüseynov, Elton Hüseynəliyev, Vaqif Şıxəliyev və başqaları onların müəllimi olduğumu hər yerdə qeyd ediblər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31