Əkrəmin perspektivi nədir?
12 Fevral 2013 16:23 MədəniyyətProf. Dr. Ramiz ƏSKƏR
Olan oldu, keçən keçdi. Əkrəm açıq demədiyi, bəlkə də deyə bilmədiyi bir şeyi ortaya qoydu, yəni damarında erməni qanı daşıdığını bu əsərlə göstərdi. Bu onun haqqıdır, istəyər bunu 75 yaşında deyər, istəyər 80 yaşında. Tez də deyə bilərdi, demədi. Ötən əsrin 80-ci illərinin
sonunda bunu həmin "Drujba narodov" jurnalının səhifələrində az qala dilindən qaçırmışdı, son anda özünə hakim oldu. Özü bilər. Əkrəmin bəyənmədiyi azərbaycanlıların bir məsəli var: əslində var olan dırnağında göstərəcək. Bundan sonra nə olacaq? Bu ölkədə yaşamağa Əkrəmin üzü qalmadı, cürəti də çatmayacaq. İraq, iraq, hissinə, duyğusuna gücü çatmayanın biri onu
qapıda-bacada vurub öldürməsə, Azərbaycandan çıxıb gedəcək. Hara gedə bilər? Gürcüstana? Mümkündür. Belarusa? Çox mümkündür. Rusiyaya, yaxud Avropa ölkələrindən birinə yerləşəcək. Ermənistana getməz. Ermənilərdə belə bir məsəl var: Ermənistana xidmət üçün ondan kənarda yaşamaq lazımdır.
Bir az özünə gələndən sonra Azərbaycan əleyhinə daha kəskin mübarizəyə başlayacaq. Yen-yeni yuxular görəcək, yeni böhtanlar, yeni hədyanlar yazacaq. Ədəbi toplantılara, siyasi mitinqlərə qatılacaq, alovlu nitqlər söyləyəcək, bizi rəzil-rüsvay etməyə çalışacaq. Erməni
təbliğat maşını ilə əlbir olaraq yaxın beş-altı ildə Azərbaycanın milli-mənəvi atmosferini zəhərləyəcək, bizim bir nömrəli mənəvi problemimiz halına gələcək. Ancaq Əkrəm erməni ola bilməyəcək, çünki ermənilər buna yol verməyəcəklər. Onlara Əkrəm azərbaycanlı, türk kimi
Lazımdır. Əkrəmin erməniliyi etiraf edilsə, onun romanının bir qəpiklik əhəmiyyəti olmaz. O, xüsusi statusda azərbaycanlı olacaq: "yeganə şərəfli, vicdanlı, obyektiv, humanist azərbaycanlı". Ermənilər bizi "vəhşi, qaniçən, barbar" kimi göstərmək üçün Əkrəmi bayraq edəcəklər.
Ermənilər başda "Daş yuxular" olmaqla onun əsərlərini ingilis, fransız, alman, ispan, italyan, ərəb, fars, Çin, yapon, hind və başqa dillərə tərcümə etdirəcək, Əkrəmə şöhrət və külli miqdarda honorary qazandıracaq, başda erməni fondları olmaqla müxtəlif fond və təşkilatların nükafatlarını verdirəcək, lazımi təbliğat işlərindən sonra bir gün də Nobel mükafatına təqdim etdirəcəklər. Di gəl ki, ölümündən sonra heç kimə Nobel mükafatı verilmir...