Azərbaycanlı qız məşhur yarışmanın finalında VIDEO

Türkiyənin "Star" telekanalında yayımlanan "O ses Türkiye" yarışmasında azərbaycanlı finala çıxıb. "Qafqazinfo"nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müsabiqənin dünən yayımlanan bölümündə müğənni Murad Bozun komandasında olan Ayda izləyicilərdən böyük səs toplayaraq finala çıxıb.
21 yaşlı Aydanın atası Cənubi Azərbaycandan, anası isə Türkiyədəndir. O, bu müsabiqəyə İngiltərədən qatılıb və özünü Türkiyənin təmsilçisi kimi təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31