Türkiyəli müğənnidən Papalıq iddiası
12 Fevral 2013 15:18 MədəniyyətTürkiyə estradasının məşhur simalarından biri olan Hilal Cebeci katoliklərin dini lideri hesab edilən Papa 16-cı Benediktin istefa verəcəyi xəbərini eşidərək özünü Papa elan edib. "Olaylar"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni bu dəfə də "Tvitter" sosial şəbəkəsində paylaşdığı statuslarla gündəmə gəlməyi bacarıb. O Papanın istefasına münasibətini bildirərək "Papa istefa verəcək. Nəyinə lazımdı insanların dərdlərini çəkmək. Yeni Papa mənəm" deyərək hər kəsi sünnət etdirəcəyini də söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31