Türkiyə böyük sənətkarını itirdi

Türkiyənin qocaman aktyoru Tekin Akmansoy dünyasını dəyişib. SİA-nın verdiyi xəbərə görə, mərhumun 89 yaşı var idi. Nəzərinizə çatdıraq ki, aktyor 20 yanvar 1924-cü ildə Sarayköy Dənizli vilayətində dünyaya gəlib.
Qeyd edək ki, aktyor 1990-cı illərdə qızı Arzu Akmansoyun rejissorluğunu etdiyi "Kaynanalar" teleserialında, "Kantar Ailəsi" filmində rol alıb. 1998-ci ildə Dövlət Sənətçisi adına layiq görülüb. Sonda isə "İki ailə" teleserialında Tahir Pamukçuoğlu xarakterini canlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31