Azərbaycanlı teleaparıcı ad gününü İstanbulda, hava limanında qeyd elədi
12 Fevral 2013 13:52 MədəniyyətBu gün ATV telekanalının aparıcısı Nanə Ağamalıyevanın ad günüdür. Axşam.az-ın məlumatına görə, ötən həftədən İstanbulda olan aparıcı dostlarından çoxlu hədiyyələr alıb. Bakıya dönməyə hazırlaşan Nanə İstanbul Atatürk Hava Limanında sürprizlə qarşılaşıb.
Əlində tortla görüntülənən aparıcı təəssüratını bizimlə bölüşüb:
"Artıq iki gün əvvəldən dostlarım məni təbrik edirlər. Canlı musiqi, gözəl ab-hava və məni sevən insanların əhatəsində oldum. Çox xoşbəxtəm. Atatürk Hava Limanında isə "Kanal TV"dən olan dostlarım məni belə təbrik etdilər. Bu, mənim üçün əsl sürpriz oldu".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31