Bülənd Ərsoya qarşı etiraz aksiyası olacaq

250 min  türk lirəsi dəyərində xəz dəri geyinən türkiyəli müğənni Bülənd Ərsoya qarşı təzyiqlər artmaqdadı. "Olaylar"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müxtəlif heyvanların öldürülməsi ilə əldə edilən kürklərdən xəz dəri geyən müğənni haqda heyvan hüquqları müdafiəçisi təşkilatı olan "PETA"ya şikayətlər daxil olub.

Heyvanlara qarşı bu cür amansızlığa görə "PETA"nın bir qrup üzvi tərəfindən İstanbulda Bülənd Ərsoya qarşı etiraz aksiyası keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31