"Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasında “Kitabi Dədə Qorqud” və “Koroğlu” dastanları haqqında Özbək dilində bölmələr istifadəyə verilib
2 Noyabr 2018 15:16 MədəniyyətAzərbaycanın təbliği və ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, ədəbiyyatı haqqında dünya ictimaiyyətinin obyektiv, operativ informasiya təminatını həyata keçirmək məqsədi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin "Vikipediya" Metodik Mərkəzinin könüllüləri tərəfindən "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyası üzrə Azərbaycana dair Özbək dilində bölmələrin yaradılması işi davam etdirilir.
2016-cı ilin yanvar ayından başlanmış layihə nəticəsində ölkəmizə dair Özbək dilində yüzlərlə yeni bölmələr yaradılmış və istifadəçilərə təqdim olunmuşdur.
Növbəti layihə olaraq Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan "Kitabi dədə Qorqud" və "Koroğlu" dastanları haqqında Özbək dilində bölmələr yaradılıb.
Bölmədə Kitabi Dədə Qorqud dastanının tarixi, dastanın boyları, qəhrəmanları, Kitabi Dədə Qorqudun dünyada həyata keçirilən tərcümələri, filmoqrafiyası, bu mövzuda həyata keçirilən araşdırma əsərləri yer almışdır.
"Koroğlu" haqqında bölmədə isə xalqımızın igidlik, mərdlik, qəhrəmanlıq simvolu olan Koroğlu xalq qəhrəmanı kimi səciyyələndirilir, onun haqqında əfsanələr, Türk dünyasının ümumi qəhrəmanı kimi Koroğlu haqqında geniş məlumatlar öz əksini tapır.
Bölmədə Koroğluya dair Azərbaycanda çəkilən filmlər, yazılan əsərlər, tədqiqatlar, habelə mənbələr təqdim olunur.
Yaradılmış "Kitabi dədə Qorqud" bölməsi Elektron Ensiklopediyada - https://uz.wikipedia.org/wiki/Kitobi_dadam_Qo%CA%BBrqut linkində, "Koroğlu" bölməsi isə - https://uz.wikipedia.org/wiki/Ko%E2%80%98ro%E2%80%98gli_dostoni linkində tanış olmaq mümkündür.
.jpg)
